Azərbaycan musiqisini dünyaya tanıdırıq

 

Göyçay uşaq musiqi məktəbində hesabat konserti

  

   A.Məmmədov adına Göyçay rayon uşaq musiqi məktəbində «Azərbaycan musiqisini dünyaya tanıdırıq» adlı hesabat konserti keçirilib.

  

   Tədbiri məktəbin direktoru Rövşən Zamanov açaraq Azərbaycan musiqisinin dünyada tutduğu mövqedən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan incəsənətinə göstərdiyi böyük qayğıdan danışıb.

   Mədəniyyət Turizm Şöbəsinin müdiri Sahib Şükürov, rayon İcra Hakimiyyəti başçısının müavini R.Rəcəbova hesabat konsertinin ulu öndərin 90 illik yubileyinə həsr olunduğunu diqqətə çatdıraraq məktəbin şagirdlərinin respublika rayon miqyaslı müsabiqələrdə qazandıqları uğurlardan söz açıblar.

   Sonra dünya klassikləri Azərbaycan bəstəkarlarının əsərləri şagirdlərin ifasında təqdim olunub. Müəllimlərdən A.Məmmədova, A.Əliyeva, T.Rizvanova, A.Mahmudova, A.Qafarov, Ü.Vəzirovun yetirmələri maraqlı proqramla çıxış ediblər. Respublika müsabiqələrinin laureatı H.Səmədov, X.Muradlı, Z.Kərimli, R.Rəhmanlı başqalarının ifaları alqışlarla qarşılanıb. Sonda ən fəal müəllim şagirdlərə fəxri fərman hədiyyələr təqdim edilib.

  

   N.Məlikov,

 

   Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı mütəxəssisi

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 15.